
14 May, 2025 23:32
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə Rusiya Prezidenti Vladimir Putinin iştirakı olmadan danışıqlara hazır olduğunu bildirib.
FinFly xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
"Bu gün komandamızla Türkiyədəki formatla bağlı bir neçə müşavirə keçirdik. Rusiyadan kimin gələcəyini gözləyirəm, sonra Ukraynanın hansı addımları atmalı olduğunu müəyyən edəcəyəm. (...) Kiyev istənilən formatda danışıqlara hazırdır və biz görüşməkdən qorxmuruq”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın danışıqlarda iştirakı ən güclü arqument ola bilər və cari həftə bir çox şeyi dəyişmək gücünə malikdir.
Son xəbərlər
-
29 Iyl, 2025
İsrailin yeni səfiri bu gün Bakıya gələcək...
-
29 Iyl, 2025
Sabah 41 dərəcə isti olacaq...