
Ziraat Bank Azərbaycan 2025-ci ilin ilk rübünü 3,6 milyon manat xalis mənfəətlə başa vurub.
FinFly hesabata əsasən xəbər verir ki, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 909 milyon manata yüksəlmişdir.
Bundan əlavə, bankın kredit portfeli ilin əvvəlindən 8,5 faiz artaraq 575 milyon manata çatmışdır. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 milyon manat təşkil edib.
Bankın depozit portfeli aktivlərin artımını dəstəkləmişdir."Fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9,65 faiz artaraq 263 milyon manat təşkil etmişdir. Bank tərəfindən ötən bir ildə ümumi cəlb edilən vəsait isə 25 faiz artaraq 761 milyon manata çatmışdır", - deyə, hesabatda bildirilir.
Yayımlanan maliyyə hesabatına əsasən, 2025-ci ilin ilk rübündə Bankın faiz gəlirləri 7,5 milyon manat, ümumi əməliyyat mənfəəti isə 6 milyon manat təşkil etmişdir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...