
Ziraat Bank Azərbaycan 2024-cü il ərzində göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 fərqli nominasiya üzrə mükafatlara layiq görülüb.
FinFly xəbər verir ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü Ziraat Bank Azərbaycan bu dəfə "Korporativ sosial məsuliyyət", "Təhsil dəstəkçisi", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü" və "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)" nominasiyalarına layiq görüldü.
Qeyd edək ki, "Bankçılıq Mükafatları" tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
"Ziraat Bank Azərbaycan" ASC 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank, korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformaları vasitəsilə təqdim edir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...